C. Sen 20th, 2019

Nazir daha iki rayona rəis təyin etdi

Xaçmaz və Xızı rayon Polis şöbələrinə yeni polis rəisləri təyin olunub.

Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən Xızı RPŞ-nin rəisi Həmid Həsənov Xaçmaz RPŞ-nin rəisi təyin olunub.

Suraxanı rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Faiq Quliyev isə Xızı RPŞ-nin rəisi təyin edilib.

Paylaş: