Be. Sen 16th, 2019

“Azərbaycan Ordusu irəliləyir – Ermənilər döyüş postlarını itirir” – ŞƏRH

Azərbaycan ordusunun Qazax istiqamətində taktiki irəliləməsi və strateji nöqtələri nəzarətə alması Ermənistana mesajdır.

Turkustan.info bildirir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, ordumuzun hazırkı aktivliyi Paşinyanın təxribatlarının qarşısını almış olur:

“Son aktivlik Qarabağda müharibə başlayarsa, Azərbaycan Ordusunun bütün istiqamətlərdə işğalçıya zərbə vuracaq gücünü ortaya qoymuş oldu. Ermənistan tərəfi Naxçıvan və digər sərhəd istiqamətində təxribat reallaşdırsa da artıq, onların bu təxribatları döyüş postlarının itirilməsi ilə nəticələnir”.

Politoloq qeyd edib ki, rəsmi İrəvan danışıqlarda maraqlı deyil:

“Çünki Ermənistanın siyasi sistemi və bu ölkəyə təsir edən Rusiya Qarabağ məsələsində güzəştə hazır deyil. Ona görə də Paşinyan iqtidarı ümumiyyətlə, ərazi məsələsində Moskva ilə kordinasiyalı fəaliyyət gstərəcək. Məhz Rusiyanın Təhlükəsizlik katibi Patruşevin İrəvana səfərində bu kimi məsələlələrin razılaşdırılmasını istisna etmirəm. Ermənistan nəinki, ərazi güzəştinə hazır deyil, Paşinyan ölkə daxilində öz müsbət imicini qaldırmaq üçün yeni ərazilərin tutulmasında və ordumuza qarşı zərbə vurmaqda maraqlıdır. Ermənistanın Qazax istiqamətində strateji əraziləri ələ keçirməsi ilə bağlı dezinformasiyası da Paşinyanın daxili auditoriyaya hesablanmış gedişidir”.

Politoloq vurğulayıb ki, rəsmi Bakı cəbhəboyu təzyiqləri artırmaqla, diplomatik danışıqlarda da öz hücum taktikasını inkişaf etdirməlidir:

“Artıq Ermənistanla geosiyasi şərtlər daxilində danışıqların aparılması nəticəsizdir. Yalnız güc yolu ilə müəyyən irəliləyişə nail olmaq lazımdır. Rusiya isə bizə ərazilərimizin güc yolu ilə azad edilməsinə və Ermənistana daha çox təzyiq etməyimizə mane olmağa çalışacaq. Avropa və ABŞ-la əlaqələri daha da inkişaf etdirməklə, daxili islahatlara getməklə, Moskvanın təzyiqlərindən yayına bilərik”.  /Redaktor.az/

Paylaş: