Be. Sen 16th, 2019

Kadırovun atası Putinə qarşı HANSI ŞƏRT irəli sürübmüş? – OĞLU AÇIQLADI

CHECHEN REPUBLIC, RUSSIA - MAY 23, 2019: Chechen Republic Head Ramzan Kadyrov during celebrations of the Farewell Bell fest marking the end of classes before the final exams at Akhmat Kadyrov School in the village of Tsentaroi. Yelena Afonina/TASS Ðîññèÿ. Öåíòàðîé. Ãëàâà ×å÷íè Ðàìçàí Êàäûðîâ âî âðåìÿ ïîñëåäíåãî çâîíêà â øêîëå ¹1 èìåíè ïåðâîãî ïðåçèäåíòà ×å÷íè Àõìàòà Õàäæè Êàäûðîâà â ñåëå Öåíòàðîé. Åëåíà Àôîíèíà/ÒÀÑÑ

Çeçenistan Respublikasının prezidenti olmuş Əhməd Kadırov referendum keçirilmədən Çeçenistanın Rusiyaya birləşdirilməsi haqqında sənədi imzalamaqdan imtina etmişdi.

TASS xəbər verir ki, bunu Çeçenistanın indiki başçısı Ramzan Kadırov deyib.

“Xeyr, mən bunu öz xalqımdan soruşmalıyam. Xalq referendumda “biz Rusiya ərazisinin hissəsiyik, Rusiyanın tərkibində yaşamaq istəyirik” deyərsə, mən bu kağızı imzalayacağam”, – o, atası Ə.Kadırovun Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı respublikanın birləşdirilməsi haqqında müqavilənin imzalanması üçün belə şərt irəli sürdüyünü deyib.

Qeyd edək ki, sözügedən referendum 2003-cü il martın 23-də keçirilib. Səsvermədə 510 mindən çox adam iştirak edib. Seçicilərin 95,48 faizi sənədin lehinə səs verib. (oxu.az)

Paylaş: