Be. Sen 16th, 2019

“Lotu Quli”nin imzasını erməniyə görə SAXTALAŞDIRDILAR –”Oğru dünyası” qarışdı

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla(“Lotu Quli”) “Kutaisi oğruları” arasında ciddi qalmaqal yaranıb.

Rusiya media xəbərlərinə görə, erməni əsilli Artur Atabekyana “oğru səlahiyyətləri” verməsi ilə bağlı həbsxanaya göndərilən “proqona” “Quli”nin də adı yazılıb ki, bu da azərbaycanlı “qanuni oğru”nun ciddi narazılığına səbəb olub. “Quli” hazırda Tver bölgəsindəki həbsxanalardan birində olan Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib və adının “proqona” onun izni olmadan yazılmasına görə izahat istəyib.

Qeyd edilir ki, bu, Arturun kriminal güc kimi təsdiqlənməsi üçün edilən ikinci cəhddir. Avqustun əvvəlində “Şakro Molodoy” bu təşəbbüsü blok edib. Arturun namizədliyini vaxtilə Ded Xasanın kurasiya etdiyi “Kutaisi qruplaşması” dəstəkləyir. “Quli” də bu qruplaşmaya dəstək verib. Amma onlar “Quli”nin izni olmadan “oğru məktubuna” onun da adını yazmaqla ciddi səhvə yol veriblər.

İddia olunur ki, “Quli” bildirib ki, indi bu cür məktublu bəyanatların yeri deyil. “Quli” bildirib ki, əvvəla, erməni kriminalla iradlar var və bu həll edilmədən onun kriminal aləmin yüksək mərtəbəsinə qəbulu yolverilməzdir. İkinci tərəfdən, indi Rusiyada “qanun i oğru”lara qarşı böyük bir savaş başlayıb və bu cür müzakirələr yersizdir. “Quli” sonda bildirib ki, “mənsiz istədiyinizi yaza və istədiyinizi edə bilərsiz”.

“Quli”nin demarşından məyus olduqlarını gizlətməyən “Kutaisi” klanın bundan sonra nə edəcəyi ciddi maraq doğurur. Bildirilir ki, “Quli” indi bu yaxınlarda azadlığa buraxılan Tariel Oniani (“Taro”) və Merab Suximski ilə yaxınlaşmaqda maraqlıdır. (musavat.com)

Paylaş: