C. Sen 20th, 2019

Vilayət Eyvazovdan növbəti TƏYİNAT – FOTO

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.

Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Şəmkir rayon Kür qəsəbəsinin polis bölməsinə yeni rəis təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Ədalət Sadıqov bundan sonra sözügedən vəzifəni icra edəcək.

Qeyd edək ki, Ədalət Sadıqov bu ilin may ayında Gəncə şəhər Nizami rayonu polis idarəsindəki işindən azad edilərək sərəncama götürülmüşdü.

Paylaş: