C. Sen 20th, 2019

Millət vəkili Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb.

Turkustan.info xəbər verir ki, görüşdə Ümumdünya Qadın Sammitinin prezidentinə ölkəmizdə qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması istiqamətində görülən işlərdən bəhs edilib. Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişləndirilməsinin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumat verilib.

Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidentinə Azərbaycan həqiqətlərindən danışıb.

İrene Natividad görüş zamanı rəhbərlik etdiyi təşkilatın Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini deyib. O, Azərbaycan nümayəndə heyətinin sammitin işində iştirak edən ən fəal heyətlərdən biri olmasından, hər il Azərbaycanın sammitdə daha geniş təmsil olunması ilə yanaşı müzakirələrdə artan fəallığından məmnun olduğunu bildirib.

Q.Paşayeva İ.Natividada Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

Paylaş: