Ça. Sen 17th, 2019

“Nədənsə, əksəriyyətinin gözü ancaq deputatları görür…” – Araz Əlizadə son olaylardan DANIŞDI

“Nədənsə, əksəriyyətinin gözü ancaq deputatları görür, heç nazirlərdən, başqa məmurlardan yazan yoxdur”.

Bu fikirləri yenicag.az-a açıqlamasında deputat İqbal Məmmədovun adının biznes qalmaqalında hallanmasına münasibət bildirən Milli Məclisin üzvü Araz Əlizadə deyib.

Araz Əlizadənin sözlərinə görə, xalqın seçdiyi şəxslər olan deputatlar özləri və övladlarının hərəkətlərinə diqqət etməlidir:

“Açığı, İqbal Məmmədovun adı hallanan hadisə barəsində məlumatım yoxdur, nə baş verdiyini bilmirəm. Ona görə də, bu haqda nəsə danışmaq doğru olmaz. Dediyiniz o “Relax”ın yolunu da tanımıram, nə orada olmuşam, nə də başqa yerdə…

Ümumiyyətlə, mənə çox maraqlıdır, nəyə görə jurnalistlər deputatlara bu qədər diqqət yetirirlər? Nədənsə, əksəriyyətinin gözü ancaq deputatları görür, heç nazirlərdən, başqa məmurlardan yazan yoxdur…

Məsələn, mən deyə bilərəm ki, həmkarım Hadi Rəcəbli xalq üçün yaxşı işlər görməyə çalışır, sosial xarakterli qanunların təkmilləşdirilməsi üçün əziyyət çəkir. Buna baxmayaraq, az qala bütün saytlar Hadı Rəcəblinin obyektlərindən yazır… Bax, belə ziddiyyətli yanaşmalar var.

Bütün hallarda deputatlar özlərinin də, övladlarının da hərəkətlərinə diqqət etməlidirlər ki, arzuedilməz vəziyyətə düşməsinlər. Hər kəs bu məsələdə öz məsuliyyətini başa düşməlidir”.

Paylaş: