Ça. Sen 17th, 2019

Putin Moskvada keçirilən mitinqlərdən danışdı: “Vətəndaşların qanuni etiraz haqları var…”

Rusiya rezidenti Vladimir Putin ilk dəfə olaraq Moskvada keçirilən etiraz aksiyaları haqqında danışıb. Çərşənbə axşamı günü Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı Putin “vətəndaşların münaqişəsiz qanuni etiraz” keçirmək haqlarının olduğunu deyib.

V.Putin əlavə edib ki, “nə hakimiyyət nümayəndələrinin, nə də hər hansı bir vətəndaş qrupunun qüvvədə olan qanunları pozmaq və vəziyyəti absurd halına gətirmək haqqı yoxdur”.

Rusiya müxalifəti avqustun 24-də Moskvanın mərkəzindəki Saxarov prospektində mitinq keçirilməyi planlayırdı, amma belə məlum olub ki, həmin tarixdə meydan boş olmayacaq. Həmin ərazi Moskvanın mərkəzində demək olar ki, yeganə ərazidir ki, vaxtaşırı müxalifətə orada mitinq keçirməyə icazə verilib.

Məlum olub ki, Moskva Şəhər Duması avqustun 24-də həmin ərazini Rusiya bayrağı günü üçün təşkil olunacaq mitinq-konsert üçün ayırıb. BBC News Ruscanın məlumatına görə Rusiya bayrağı günü 22 avqust tarixində qeyd olunur. Bir müddət əvvəl müxalifətə mitinqin keçirilməsi üçün icazə verilməmişdi. Onlara aksiyanın keçirilməsi üçün adətən milliyətçilərin “Rusiya marşı” keçirdiyi Maryina meydanı təklif edilib.

Etirazlar Moskva Şəhər Dumasına seçkilərdə müxalifət namizədinin qeydə alınmamasından sonra başlayıb. Rusiya paytaxtındakı etiraz aksiyaları zamanı 200-dən çox etirazçı saxlanımışdı. Rusiya İstintaq Komitəsi kütləvi iğtişaşlar maddəsiylə cinayət işi açıb.Rusiya rezidenti Vladimir Putin ilk dəfə olaraq Moskvada keçirilən etiraz aksiyaları haqqında danışıb.

Paylaş: