Şb. Dek 7th, 2019

SON DƏQİQƏ – Sərhədçilərimiz Ermənistana gedən qaz kəmərini nəzarətə götürdü + FOTO

Ermənistan mediasında bəzi hərbi ekspertlərin dövlət sərhədində erməni ordusunun mövqelər tutması barədə səsləndirdiyi fikirlər absurddur. İrəvanda oturub Qazax rayonu istiqamətində, Azərbaycanla sərhəddəki vəziyyət barədə yazan hansısa şəxslərdən fərqli olaraq Ermənistanla sərhəd ərazilərə səfərimiz zamanı reallıqda biz fərqli şeyləri gördük.

Turkustan.info-nun məlumatına görə, “AzeriDefence”nin əməkdaşı sərhəddə müşahidə etdikləri əsasında oxuculara məlumat verir ki, Qazax rayonu istiqamətində üstünlük Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarındadır.

Ermənistan tərəfinin açıqlamaları “gedən qatarın arxasınca yüyürməyə” bənzəyir. Avqustun 13-də Qazax istiqamətində ermənilərin təxribatlarını önləmək üçün DSX tərəfindən mövqelərin önə çəkilməsi və bəzi yüksəkliklərdə yeni mövqelərin tutulması ilə bağlı yaydığımız xəbərdən sonra, avqustun 14-dən başlayaraq Ermənistan Ordusunun yüksək rütbəli zabitləri əraziyə göndərilib. Hiss olunur ki, ön mövqelərdə baş verən uğursuzluğun şəxsi heyətdə və sərhədyanı kəndlərin əhalisində yaratdığı psixoloji təsiri aradan qaldırmaq üçün Ermənistanın Müdafiə Nazirliyi ciddi fəaliyyətlərə başlayıb.

Məlumat üçün bildirək ki, DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sər­həd di­vi­zi­ya­sının yeni müdafiə mövqelərinə qalxması nəticəsində min hektarlarla ərazilər nəzarət altına götürülüb. Eyni zamanda Azərbaycan Sərhəd Qoşunlarının döyüş məntəqələri Gürcüstandan Ermənistana ge­dən qaz kəmərinə və yaxınlıqdakı qaz stansiyasına nəzarət imkanı əldə ediblər. Ermənistan Müdafiə Nazirliyi bu gün reallığı ictimaiyyətlərindən gizlədə bilər. Lakin qış aylarında ərazidəki kəndləri, rayonları qazsız qalanda bunun səbəbini gizlədə bilməyəcək.

/Eurasia Diary/

Paylaş: