C. Sen 20th, 2019

“Yardım Ocağa Gələr” xeyriyyə aksiyası keçirilib

2017-ci ildən start götürən “Yardım Ocağa Gələr” xeyriyyə aksiyası sayca 3 dəfə həyata keçirilib. Şəxsi təşəbbüslə çıxış edən layihə rəhbəri Kənan Əliyev qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd aztəminatlı ailələrə, növbəti dərs ilinə hazırlaşan gənclərə dəstək göstərməkdir.

Hər kəs müxtəlif məktəb ləvazimatları (qələm, kitab, dəftər, çanta, rəngli karandaşlar, və s.), geyim məhsulları ilə aksiyaya dəstək olmağa çağrılıb. Aksiya çərçivəsində yığılan ləvazimatlar təşkilatçılar tərəfindən aztəminatlı ailələrə təqdim olunub.

Aksiya təşkilatçıları növbəti illərdə də davamlı olması nəzərdə tutulan aksiyada hər kəsi uşaqların üzündə təbəssüm yaratmağa, təhsil almalarına dəstək verməyə çağırır.

Paylaş: