Ça. Sen 17th, 2019

Həmyerlilərimiz “Qarabağ” arağını satışa çıxaran ermənilərə dərhal müdaxilə etdilər – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərindəki “Pulkovo”aeroportunun duty-free-sində Qarabağ brendi adı altında erməni istehsalı olan spirtli içkilər satılır.

Turkustan.info xəbər verir ki, bu barədə həmyerlilərimiz baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.

Vətəndaşlarımız bu msələyə dərhal müdaxilə ediblər. Onlar məhsulun üzərində qiymət və Ermənistan bayrağı olan kağızı vitrindən götürüblər.

Qeyd edək ki, bu hal birinci dəfə deyil. Ermənilər bu vasitə ilə şüuraltı bir növ Qarabağın ermənilərə məxsus olduğunu təlqin etməyə çalışırlar.

Ancaq hər dəfə fəal həmyerlilərimizin sayəsində bu kimi hallar aradan qaldırılır.

Paylaş: