Ça. Sen 17th, 2019

Tovuzda oğul pensiya kartına görə atasını çəkiclə öldürdü

Tovuz rayonunun Aşağı Quşçu kəndində dəhşətli cinayət hadisəsi baş verib.

Turkustan.info bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin xəbərinə əsasən, oğul atasını çəkiclə qətlə yetirib.

İnsident pensiya kartı üstündə yaranıb.

Məsimov Müzəffərin pensiya kartı oğlunda olub və o, övladından pulu və kartı istəyib. Məsimov Rasim isə 85 yaşlı atasının istəyini geri çevirib və tərəflər arasında mübahisə yaranıb. Nəticədə 50 yaşlı Rasim çəkiclə atasının başına 4 dəfə zərbə endirib. M.Məsimov aldığı zərbələrdən keçinib.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş: