Ça. Sen 17th, 2019

Vilayət Eyvazovdan daha bir TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Turkustan.info-nun məlumatına görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Afiyyədin Leysanov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

O, bu vəzifədən əvvəl idarədə inspektor vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib və sərəncama götürülüb.  /Oxu.Az/

Paylaş: