C. Noy 15th, 2019

Akşener Elçibəyi TARİXİ FOTO ilə andı: “Dəyərli böyüyüm…”

Türkiyənin tanınmış dövlət və siyasət adamlarından olan sabiq daxili işlər naziri, eks vitse-spiker, “İYİ Parti”nin genəl başqanı Meral Akşənər Azərbaycan milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 19-cu ildönümü ilə bağlı öz “Facebook” səhifəsində status paylaşıb.

Turkustan.info Etixeber.az-a istinadla xəbər verir ki, M. Akşənər statusunda bunları qeyd edib:

“Azərbaycanın bağımsızlıq – müstəqillik mücadiləsinin öndəri, örnək dava adamı, Türklük üçün verdiyi mücadilə daim gələcək nəsillərə ilham verəcək dəyərli böyüyüm Əbülfəz Elçibəyi vəfatının  idönümündə saygı, rəhmət və özləmlə anıram”.

O, eyni zamanda, illər öncə Bakıda Elçibəylə birgə çəkdikləri fotonu paylaşıb.

Paylaş: