Ça. Sen 17th, 2019

Paşinyandan riskli addım: Mühüm postlara Rusiya əleyhdarlarını gətirir – Şərh

Ermənistan Xarici İşlər Nazirliyində ciddi strkturtur və kadr dəyişiklikləri gözlənilir. 

Turkustan.info-nun məlumatına görə, Ermənistan mediası etibarlı diplomatik mənbələrə istinadən belə açıqlama yayıb. Qeyd edilir ki, yaxın vaxtlarda nazirlikdəki mütəxəssislər Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın komandasına daxil olan gizli rusofob kadrlarla əvəz olunacaq.

Qeyd edək ki, son vaxtlar bu məsələ Ermənistan mediasında tez-tez gündəmə gəlir.

Ermənistan siyasətində məhşur  anti-Rusiya üçlüyünün üzvləri kimi  əsasən Vladimir Karapetyan, Levon Xaşatryan və Viktor Biyaqovun adları çəklilir.

Erməni mətbuatının əldə etdiyi məlumata görə, tezliklə Zöhrab Manasakanyan xarici işlər naziri vəzifəsindən azad ediləcək. Onun yerinə isə Vladimir Karapetyan təyin ediləcək. Viktor Biyaqov xarici işlər nazirinin müavini Şavarş Koçaryanı əvəz edəcək və Rusiya ilə münasibətləri idarə edəcək. Levon Xaçatryan isə Sankt-Peterburqa baş konsul göndəriləcək. Lakin bu təyinatın reallaşması üçün Rusiyanın ona aqreman verməsi lazımdır.

Yeri gəlmişkən bu iki təyinatla bağlı söz-söhbətlər çoxdan yayılmışdı.

Vladimir Karapetyan hazırda baş nazir Nikol Paşinyanın mətbuat katibidir. Viktor Biyaqov isə müvəqqəti olaraq, Ermənistanın Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatında daimi nümayəndəsi vəzifəsi ilə təmin olunub. Levon Xaçatryan Xarici İşlər Nazirliyində müşavir postunu  tutur.

Viktor Biyaqov əvvəllər Ermənistan Milli Məclisi Aparatının xarici əlaqələr idarəsinə rəhbərlik edib. Onun həyat yoldaşı  Levon Ter-Petrosyanın qohumudur. KTMT-nin katibliyində Biyaqovun açıq-aşkar anti-Rusiya mövqeyinə dözülməz yanaşırlar.

Levon Xaçatryan Ermənistanın Qazaxıstanda, Gürcüstanda və Qırğızıstandakı  səfiri olub. 2008-ci ildə eks-prezident Levon Ter-Petrosyanı dəstəklədiyinə görə “Diplomatik Fəaliyyət” Haqqında qanunu pozmaqda ittiham edilib. Xaçatryan tutduğu vəzifədən və diplomatik rütbədən məhrum edilib. Cari ilin mart ayında Ermənistan prezidenti Armen Sarkisyan  Levon Xaçatryana diplomatik rütbənin verilməsi  barədə  fərman imzalayıb. Siyasi müşahidəçilər Levon Xaçatryanı psevdodissident təmayüllü rusofob kimi xarakterizə edir.

Mənbə yazır ki, Nikol Paşinyanın Vladimir Karapetyanı xarici işlər naziri təyin etməsi bomba partlayışı effekti verə bilər. Xatırladaq ki, V.Karapetyan əvvəllər Ermənistan XİN-in mətbuat katibi işləyib. 2008-ci ildə o, Levon Ter-Petrosyanı dəstəklədiyinə görə, diplomatik sistemdən xaric edilib.

Əvvəllər Ermənistan Milli Konqresi  Partiyasının İdarə Heyətinin üzvü,  Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri olub.

“Sülh, barışıq, mehriban qonşuluq, cəmiyyəti kompromisə hazırlamaq, Ermənistanın xarici siyasətinin gündəliyindən “erməni soyqırımı”nın tanınması  məsələsinin çıxarılması Vladimir Karapetyanın əsas hədəfləridir.

Vladimir Karapetyan başqalarını inandırır ki, Azərbaycan hücum edəcəyi təqdirdə, Rusiya Ermənistanın köməyinə gəlməyəcək. Rusiya vaxtilə hərbi bazasının yerləşdirilməsi müddətini uzatmaqla guya Ermənistana 500 milyon dollar anti-böhran krediti ödəyib. Karapetyan iddia edir ki,  söhbət  Ermənistanın təhlükəsizliyinin təmin edilməsindən getmir. Bu vəsiat “qanpulu”dur.

Ermənistan mediası isə hesab edir ki, Xarici İşlər Nazirliyinin strukturundakı əsas vəzifələrdə “anti-Rusiya üçlüyünün” bərqərar olması  fəlakətli nəticələrə səbəb ola bilər.    /Cebhe.info/

Paylaş: