C. Noy 22nd, 2019

“Regionlarda əlillər üçün xüsusi şəraitin yaradılmasına təşəbbüslər” adlı layihəyə start verildi

 “Regionlarda əlillər üçün xüsusi şəraitin yaradılmasına təşəbbüslər” adlı layihəyə start verildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Vətan Fədailərinin Hüquqlarının Müdafiəsi ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən  “Regionlarda əlillər üçün xüsusi şəraitin yaradılmasına təşəbbüslər” adlı layihəsinin icrasına başlanılmışdır.

Layihə çərçivəsində Lənkəran şəhəri və Astara rayonunda əlillər üçün manesiz həyat tərzinin formalaşması, əlillərin əlil arabalarında sərbəst, maneəsiz hərəkəti üçün tədbirlərin görülməsi barədə dövlət nümayəndələri ilə müzakirələrin aparılması, bu sahədə təlimlərin keçirilməsi, əlil arabasından istifadə edənlərin rahatlığını təmin etmək üçün ictimai-iaşə obyektlərində monitorinqlərin aparılması həyata keçiriləcəkdir. Layihə çərçivəsində eyni zamanda bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin əlillərin maneəsiz hərəkət üçün yaratdığı imkanlar barədə ictimaiyyət arasında sorğu da keçiriləcəkdir.

Lahiyə yekunlaşdıqdan sonra təlimlər əsnasında müəyyən edilən ictimai müzakirələrin və ictimaiyyət arasında keçirilən sorğuların nəticələri bu sahədə tədbirlərin görülməsi üçün aidiyyatı dövlət orqanlarına hesabatlar təqdim ediləcəkdir.

 “Vətan Fədailərinin Hüquqlarının Müdafiəsi ”İB

Paylaş: