Ça. Sen 17th, 2019

Yaxın dövrdə Türkiyədə BOMBALAR PARTLAYACAQ – ABŞ dəhşətli PLANI İŞƏ SALDI

PKK bitdi. ABŞ istifadə edə biləcəyi yeni bir maşa axtarışındadır. Qarşıdakı dövrdə Türkiyədə bombalar partlaya bilər.

Bu iddianı “Yeni Şəfəq” nəşrinə açıqlamasında Türkiyə Silahlı qüvvələri Baş qərargahının kəşfiyyat dairəsinin keçmiş başçısı İsmail Hakkı Pekin səsləndirib.

Nəşr qeyd edir ki, Suriyanın şimalında yaradılacaq təhlükəsiz bölgə üçün Türkiyə ilə ABŞ arasında danışıqlar davam edir. Hər iki ölkə danışıqlarla bağlı müsbət siqnallar versə də, əməliyyatla bağlı bir çox suallar hələ cavabsız qalıb. Bölgədəki PYD-PKK ünsürləri ilə əlaqələri dəfələrlə ortaya çıxan ABŞ-ın fərqli terror təşkilatları ilə də birbaşa təmasda olduğu ortaya çıxıb.

Türkiyənin daxili İşlər naziri Süleyman Soylunun “14 gün əvvəl Suriyada amerikalılar MLKP (Marksist-Leninist Kommunist Partiyası) ilə görüşdü. Nə danışdıqlarını da bilirik” şəklində bəyanatı da ABŞ-ın terrorçularla əməkdaşlığına diqqəti bir daha yönəltdi.

“Türkiyə son dövrlərdə atdığı addımlarla PKK-nın belini qırdı. ABŞ istədiyi kimi istifadə edə biləcəyi yeni bir maşa axtarır. ABŞ istifadə edə biləcəyi bütün təşkilatlarla danışıqlar apara biləcək bir ölkədir. Bu görüş də onlardan biridir. PKK son dövrlərdə ciddi bir zərbə aldı. ABŞ yeni dövrdə onları dövriyyədən çıxararaq MLKP-ni meydana ata bilər. Qarşıdakı dövrdə Türkiyədə legal görünüşlü qrupların qarışdığı bomba partlayışları baş verə bilər”, – keçmiş kəşfiyyat şefi xəbərdarlıq edib. (publika.az)

Paylaş: