C. Sen 20th, 2019

“ABŞ Qarabağ danışıqlarına vaxt sərf etməyəcək, amma…”- MÖVQE

“Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan vəzifədaşı Elmar Məmmədyarovla görüşəcəyini qeyd edib. Manatsakanyan bununla Paşinyanın “Miatsum” bəyanatından sonra danışıqları davam etdirmək mesajını vermiş olub. Hesab edirəm ki, Ermənistan tərəfi nəticəsiz danışıqlarda maraqlıdır. Bununla Azərbaycanın hərbi hərəkətliliyinin qarşısını almağı planlayırlar”. 

Turkustan.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq Azərbaycan tərəfinin payız aylarında belə bir görüşə qatılacağı təqdirdə aparılan müzakirələrin heç bir nəticəsinin olmayacağını bildirib:

“Azərbaycan tərəfi payız aylarında bu görüşə qatılacaqsa, demək olar ki, belə bir formatda aparılan müzkirələrdə heç bir nəticə olmayacaq. Ümumiyyətlə, ilin axırına kimi Qarabağ məsələsində hər hansı bir irəliləyiş olmayacaq.

ABŞ tərəfi xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra növbəti dəfə belə danışıqlar aparmayacaq. Gələn ildə ABŞ-da seçkilər olacaq. ABŞ bir ildən artıq müddətdə Qarabağla bağlı ciddi danışıqlara vaxt sərf etməyəcək. Amma Azərbaycana dəstəyi artıracaq. Ölkəmizlə bütün istiqamətlərdə əməkdaşlıq, hətta silah satışını da reallaşdıra bilər.

Azərbaycan Qarabağ istiqamətində işğalçıya təzyiqi artırmalıdır. Onların hərbi yataqxanaları, müdafiə istehkamları vurulmaldır ki, rəsmi İrəvan işğal olunmuş ərazilərdə məskunlaşma siyasətindən geri çəkilsin və danışıqlarda real nəticələrə aparan prosesə qoşulsun.

Ermənistana işğal olunmuş ərazilərdə mövqelərini möhkəmləndirmək və yeni məskunlaşma siyasəti aparmaq sərf edir. Ona görə də yeni taktikaya keçilməli, danışıqlara təsir edən proseslər olmalıdır”.   /Cebhe.info/

Paylaş: