Bz. Sen 15th, 2019

Azərbaycan Cümhuriyyəti vətəndaşlığı 101 yaşında

Oder Alizade

Milliyyətçi Gənçlər Təşkilatı Türkiyə Başqanı

1918-ci ilin bu günü – 23 avqust – Azərbaycan Cümhuriyyətinin vətəndaşlığı haqqında əmr  verildi. Bu əmrlə vətəndaşların hüquqi, siyasi, dini azadlıqları təmin edilir Azərbaycan Xalq Cümhuriyyətinin milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşları vətəndaşlıq və siyasi hüquqlarla təmin edilirdi.

Onlar nökəri, bəyi, xanı, kəndlisi və naziri ilə Dövlət qurmağın ağırlığını öz çiyinləri üzərinə almış, millət olmaq əzmini göstərərək öz alın tərləri ilə cumhuriyyət qurmuşdular. Buna görə də dünyanın gəlmiş keçmiş ən halal vətəndaşlıq haqqında sahib olan vətəndaşları idi Cumhuriyyət dövrü insanımız. Müsəlman şərqinin mədəni və elmi yöndə inqilablarına imza atan Türk milləti ilk Cümhuriyyəti qurmaqla vəzifəsinin dünyanı gözəlləşdirmək olduğunu bir daha bütün dünyaya sübut etdi. Müsəlman Şərqinin insanı ilk dəfə olaraq qanunla müəyyənləşdirilmiş hüquq və vəzfilərdən istifadə edəcəkdi və bu ilk azad insan demək idi. Azərbaycan türkləri Müsəlman Şərqinin ilk Cümhuriyyətini yaratmaqla Azərbaycan vətəndaşı olan digər xalqların fərdlərinə də Dövlət, Vətəndaşlıq kimi ən şirin anlayışları dadızdırmış oldu və beləliklə müstəmləkə zülmü altında yaşayan xalqlara xilas yolunu göstərdi. Minillikləri aşan Dövlətçilik tairixində bu yeni Dövlət modelinin özəlliyi onda idi ki, bu Dövlətimiz indiyə kimi qurulan dövlət prisiplərindən fərqli olaraq sülalə prinsipi əsasında  qurulmamışdır. Türk və İslam dünyasının ən yaşlı vətəndaşları bizik. Bu bizim üzərimizə böyük bir Vətəndaşlıq məsuliyəti yükləyir. İlk Vətəndaşlıq haqqına sahib olan məmləkətin insanı gərək hər sahədə nümunə olsun. Təəsüflər olsun ki, bugün Azərbaycan Vətəndaşlığı öz halallığını, müqəddəsliyni itirib. Bugünkü, dövrdə halal vətəndaşlıq haqqına sahib olmaq çox çətindir və halal vətəndaşlıq haqqına sahib olan insanlarımız çox azdır. Ən pisi də odur ki, 1 milyondan artıq Azərbaycan türkü öz doğma vətənlərindən didərgin düşüblər və bu gün Azərbaycanın Cəbrail və Fizuli rayonlarının işğalı günüdür. Ümumilikdə Azərbaycanın hər qarışı bizim üçün Vətən olsa da bir çox insanımızın vətən daşı olacağı bir yurdu yoxdur.

Cümhuriyyət dövründə Azərbaycan insanında vətəndaşlıq kodeksini, vətəndaş əxlaqını aşılayan millətin bütün kəsminin mənəvi, ictimai və siyasi təlabatına cavab verə bilən bir ideloji bağ var idi. Bizi birləşdirən o bağ Türk milliyətçiliyi prinsiplərinə esaslanan Müsavatçılıq məfkurəsi idi. Bu gün də milləti vətəndaş ruhunda kökləyəcək bir məfkurəyə ciddi  ehtiyac vardır…  Bu  məfkurə isə Türk milliyətçiliyidir.

 

Paylaş: