Be. Sen 16th, 2019

Cermuxda Paşinyanı etirazla qarşıladılar – VİDEO

Ermənistanın Cermux kurort şəhərinin sakinləri buraya gələn baş nazir Nikol Paşinyanı Amulsar yatağının istismarına qarşı etiraz etdikləri mitinqlə qarşılayıblar.

Turkustan.info bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.

Etirazçıların qarşısına çıxan Ermənistan baş naziri yerli sakinlərin etiraz əhval-ruhiyyəsindən, mədənlə bağlı mövqelərindən xəbərdar olduğunu söyləyib.

Baş nazirin, bu məsələnin diqqətlə araşdırılmalı olduğunu deməsindən sonra etirazçılar “Mədənsiz Amulsar!” deyə qışqırmağa başlayıblar.

Bunu görən Paşinyan oradan uzaqlaşıb.

Amma etiraz edənlər baş naziri, sakinlərin evlərinə girərək onlarla ayrı-ayrılıqda söhbət etməyə çalışarkən, yenidən yaxalayıblar.

Nəşr vurğulayır ki, nümayişçilər erməni baş nazirini, sözün həqiqi mənasında, addımbaadım təqib ediblər.

Xatırladaq ki, sakinlərin iddiasına əsasən, Amulsar yatağı Göyçə gölünün ekoloji vəziyyətinə mənfi təsir göstərir.  /Virtualaz.org/

Paylaş: