C. Sen 20th, 2019

Davudoğlu və Babacanın quracağı partiyanın adı və loqosu bilindi – FOTO

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu və ölkənin keçmiş xarici işlər naziri və baş nazirin köməkçisi Əli Babacanın yeni quracağı partiyanın adı və loqosu bilinib.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Həyat və Ədalət Partiyası (Yaşam ve Adalet Partisi) adlanacaq pariya ilə bağlı patent almaq üçün müvafiq quruma müraciət edilib.

“Milli Qəzet”in verdiyi xəbərə görə, partiyanın qısaldılmış adı YAP olacaq. Loqosunda isə sünbul, günəş və tərəzi simvolları əks olunub.  /Yeniavaz.com/

Paylaş: