C. Sen 20th, 2019

“Gecə uçmaq yaxşıdır, çünki quş olmur” — Pilot Rəşad Atakişiyev – ölümündən əvvəl

Rəsmilər qəzanın ilkin səbəbi kimi Atakişiyevlər ailəsinə “quşun təyyarənin kabinasına çırpılması nəticəsində təyyarənin suya düşməsi”ni ehtimal etdiklərini deyiblərmiş.

Bu barədə pilotun ailəsi bir neçə gün əvvəl “BBC-Azərbaycan”a açıqlamasında deyib. Lakin ailə üzvləri Rəşad Atakişiyevin danışıqlarından xatırlayıblar ki, o, həmişə gecə baş verən təyyarə qəzalarında quşların çırpılmasını istisna edib. “Qabil Hüseynli bildirib ki, kürəkəni hər zaman gecə uçmağın yaxşı olduğunu vurğulayıb:

”Deyirdi ki, gecə uçmaq yaxşıdır, çünki gecələr quş uçmur”.

Təyyarənin nasazlığına  və ya pilotun səhhətinə gəlincə, qayınatası deyib ki, Rəşad Atakişiyev  səhhətindən şikayətlənməyib.  “O, həmişə təyyarə texniklər tərəfindən uçuşa hazırlanarkən azı bir saat əvvəl yoxlama yerinə gedib. Hazırlıq prosesində həmişə iştirak edib, təyyarənin vəziyyətini özü yoxlayıb və hər şeyin qaydasında olub-olmamasına özü nəzarət edib. Dəfələrlə olub ki, texniklərdən sonra təyyarədə texniki nasazlığın olduğunu aşkarlayıb”.

Qabil Hüseynli  deyib ki, qəza baş verən gün kürəkəninin 4 təlim-məşqi olub. “Gündüz uçuşları və sonuncu – dördüncü gecə saat 10 radələrinə təsadüf edən o sirli təlim-məşq uçuşu. Üç təyyarənin qatıldığı təlimin sonuna az qalmış Rəşad Atakişiyevin təyyarəsindən cavab ala bilməyən yoldaşları bunu qərargaha xəbər veriblər. Lakin yanacaqları az olduğu üçün onlar itmiş yoldaşlarının təyyarəsini həmin vaxt axtara bilməyiblər.

Xəbərdarlıqdan sonra yardım gəlsə də, ərazidə axtarış aparılsa da, nə təyyarəni, nə də pilotu gördüm deyən olmayıb. (olke.az)

Paylaş: