C. Sen 20th, 2019

İmamoğlu xanımının Dəmirtaşla görüşündən danışdı – Gizli ittifaqmı?

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həyat yoldaşının Xalqların Demokratik Partiyasının (HDP) rəhbəri Səlahəddin Dəmirtaşın xanımı ilə görüşünə münasibət bildirib.

O, xanımı Dilək İmamoğlunun Başak Dəmirtaşla bir araya gəlməsi ilə gizli ittifaq yaradıldığına dair iddialara aydınlıq gətirib.

Əkrəm İmamoğlu məsələyə zarafatyana reaksiya verib: “Gizli bir qadın ittifaqı varsa, o barədə mənim də məlumatım yoxdur. Sadəcə üç xanım yemək yeyərək, söhbət edib, dərdləşibdik. Amma bilmədiyimiz bir qadın ittifaqı varsa, biz də oturub düşünək, siz də düşünün”, – deyə qeyd edib. (teleqraf.com)

Paylaş: