C. Sen 20th, 2019

Kəlbəcərdə bal festivalı keçiriləcək – Şirinliyini ermənilər dadacaq…

Sentyabrın 14-də 27-ci ildir ki, işğal altında qalan Kəlbəcər rayon mərkəzində bal festivalı təşkil olunacaq.
Separatçı nəşrlərin yaydığı məlumata görə,  festival Kəlbəcər rayonu ərazisinə faktiki nəzarət edən “Şaumyan rayonu”nun faktiki başçısı Qaqik  Martirosyanın  ideyası əsasında administrasiya tərəfindən təşkil edilir. Festivala Azərbaycanın işğal altındakı bütün bölgələrindən erməni arıçılar və alıcılar dəvət olunur.
P.S. Kəlbəcərin işğal altında olduğunu unudanların nəzərinə çatdırırıq  ki,  bal festivalında təqdim olunacaq balın şirinliyinin də, o dağ, meşə, çəmən, çay və göllərin gözəlliyinin də  ləzzətini  biz azərbaycanlılar yox, ermənilər və xaricdən gələn qonaqlar dadacaq… (moderator.az)

Paylaş: