C. Noy 22nd, 2019

“Qanuni oğru” adından imtina edəni HANSI CƏZA GÖZLƏYİR?

59 yaşlı kriminal avtoritet Oleq Muxametşinin “qanuni oğru” adından imtina etməsi kriminal aləmdə böyük qalmaqala səbəb olub. Çünki bu hadisə kriminal aləmdə ilk hadisədir. Ekspertlər hesab edir ki, əgər bu hadisə sovet dönəmində baş versəydi, onu həmən öldürərdilər.

“primecrime.ru” yazır ki, Oleq Muxametşinin “qanuni oğru” titilundan imtina etməsi heç də onun vəziyyətini yüngülləşdirmir, əksinə ağırlaşdırır.

Mütəxəssis Aleksandr Sidorov hesab edir ki, artıq Muxanı ölüm təhlükəsi gözləyir. “Əvvələr, sovet dövründə belə hadisə baş versəydi, Muxanı həmən öldürərdilər. İndi isə onun taleyi kriminal aləm üçün nə qədər  əhəmiyyətli rol oynayıb-oynamasından asılı olacaq. İstənilən halda, o, etdiyi hərəkətin cəzasını alcaq”- Sidorov deyib.

Ekspertin fikrincə,  qərarın necə olmasından asılı olmayaraq, Muxa kriminal aləmdə satqın  hesab ediləcək: “Onun əvvəlki hörtmətini geri qaytarması qeyri-mümküdür”.
Sidorov Muxanın  bu addımını axmaq  hərəkət hesab edib. (olke.az)

Paylaş: