C. Sen 20th, 2019

“Relaks”da vergi yoxlamaları dayandı? – İcra hakimiyyətindən AÇIQLAMA

“Hazırda “Relaks” istirahət mərkəzində vergi yoxlamaları davam edir. Eyni zamanda, istirahət mərkəzi normal qaydada fəaliyyətini davam etdirir”. Bunu Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov adıçəkilən istirahət mərkəzində aparılan vergi yoxlamalarına münasibət bildirərkən deyib.
İcra rəsmisi bildirib ki, vergi yoxlamalarını çox zaman yanlış anlayırlar:
“Vergi yoxlamaları həm də sənədləşmə işlərini qaydasına salır. Gələcək fəaliyyət üçün məsləhətlər verir. Ümumiyyətlə, vergi yoxlamasını çox vaxt yanlış anlayırlar. Elə bilirlər gəlib “biz deyəni etməlisən” deyirlər. Halbuki belə deyil. Bu işlərin mərkəzində profikaltika, maarifləndirici işlər də dayanır”.

Avqustun 18-də  Lerikdəki “Relaks” istirahət və turizm mərkəzində insident baş verib.
Baş prokurorluq, Daxili İşlər və Vergilər nazirliklərinin insidentlə bağlı birgə məlumatında bildirlib ki, Vergilər Nazirliyi avqustun 16-da “Relaks” istirahət və turizm mərkəzində vergidənyayınma ehtimalı yüksək olan hallara qarşı vergi nəzarəti tədbirləri həyata keçirmək istəyib. Çünki faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərib.

Ancaq Vergilər Nazirliyiinin əməkdaşları obyektdən döyülərək qovulub. Baş verən hadisələrdə iştirak edən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, deputatın qardaşı oğlu Orxan Nərimanlı və digərləri həbs olunub. (modern.az)

Paylaş: