Be. Sen 16th, 2019

“Pul lazımdır, ələ keçirdiyimiz 5 ton narkotikanı Rusiyaya sataq” – Ukraynanın erməni əsili Daxili İşlər nazirindən şok açıqlama

Ukrayna Daxili İşlər Nazirliyinin iclasında maraqlı hadisə yaşanıb. 

Turkustan.info xəbər verir ki, Ukrayna Daxili İŞlər Nazirliyinin rəsmisi  Sergey Knyazev çıxışı zamanı ilin əvvəlindən bu yana 5 tondan artıq narkotik maddə ələ keçirildiklərini bildirib.

Sergey Knyazevin çıxışına madaxilə edən Ukrayna Daxili İşlər naziri, erməni əsilli Arsen Avakov isə ələ keçirilən bu narkotikanın Rusiyaya satıla biləcəyini deyib:

“Maliyyə Nazirinə müraciət edirəm. Xahiş edirəm, bu narkotikləri bizdən satın alın. Pula çox ehtiyacımız var. Lazımi qanuni prosedurları işləyin. Sonra bu narkotikanı Rusiyaya göndərin, onlar narkotikanı Xarici İşlər Nazirliyinin təyyarələri ilə satırlar.” 

Avakovun çıxışına gülümsəyən Maliyyə naziri Oksana Markarova, “Bu gülməlidir, lakin hüquqi tənzimləmə olmadan mümkün deyil” cavabını verib.    /Avropa.info/

Paylaş: