Be. Sen 16th, 2019

Rusiya iki ballistik raketinin sınağını keçirdi – VİDEO

Rusiya Müdafiə Nazirliyi Sineva və Bulava ballistik raketlərinin uğurlu sınağını həyata keçirib.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, raketlər “Tula” və “Yuri Dolqorukiy” sualtı gəmilərindən buraxılıb.

Raketlərin Şimal Buzlu okeanı və Barens dənizindən buraxıldığı, Arxangelsk və Kamçatkadakı hədəfləri məhv etdiyi bildirilib.

Görüntülər Yutub sosial şəbəkəsinə yerləşdirilib.      /Axar.az/

Paylaş: