Be. Sen 16th, 2019

Rusiyada iki azərbaycanlı həbs olundu

İki azərbaycanlı Rusiyanın dövlət sərhədlərini qeyri-qanuni şəkildə keçməyə cəhd göstərib.

Turkustan.info Rusiya mediasına istinadən xəbər verir ki, onlar bundan əvvəl də bir neçə dəfə Rusiyada olublar.

Federal Təhlükəsizlik Xidmətindən portala verilən xəbərə görə, Yerşov rayon məhkəməsi onları Rusiya sərhədlərini qeyri-qanuni şəkildə keçməkdə təqsirli bilib.

Xəbərdə o da deyilir ki, daha əvvəl bu şəxslər ağır cinayətlərə görə həbsdə yatıblar və onların Rusiya ərazisinə girişı qadağan olunub. Amma residivistlər növbəti dəfə qanunu pozublar.

Onların hər birinə bir il həbs cəzası verilib.  /Modern.az/

Paylaş: