Be. Sen 16th, 2019

İran məktəblərində Azərbaycan dili tədris olunacaq

İranda məktəblilərə Azərbaycan dili tədris olunacaq.
Turkustan.info xəbər verir ki, bunu İSNA-ya Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai deyib: “İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb”.
Paşainin sözlərinə görə, dərslər 23 sentyabrdan etibarən tədris olunacaq və həftədə 3 saat olacaq.    /Yeniavaz.com/

Paylaş: