Be. Sen 16th, 2019

Zeynəbin təhsil haqqı tam ödənildi

Azərbaycan Dillər Universitetinin “Jurnalistika” fakültəsinə ödənişli əsaslarla qəbul olan Zeynəb Əlizadənin dörd illik təhsil haqqı ödənilib. Bununla da, Astaradan olan tələbənin təhsil haqqı problemi tamamilə həll olunub.

Zeynəbin yerdə qalan iki illik təhsil haqqını Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov öz üzərinə götürüb.

O, Azvision.az-a bildirib ki,  gələcəkdə gənc qızın işlə təmin olunmasına da kömək edəcəyini bildirib.

Qeyd edək ki, Zeynəb Əlizadə Azərbaycan Dillər Universitetinin “Jurnalistika” fakültəsinə ödənişli əsaslarla qəbul olub. O, ailəsinin maddi durumu yaxşı olmadığı üçün illik təhsil haqqını ödəyə bilmirdi.

Gənc qızın üzləşdiyi problemlə bağlı Azvision.az saytında dərc olunan yazı geniş rezonans doğurdu və mərhəmətli oxucularımız jurnalist olmaq arzusu ilə yaşayan Zeynəbə maddi yardım göstərdilər. Nəticədə ötən gün onun iki illik təhsil haqqı ödənildi.

Bundan əlavə, digər bir oxucumuzun təşəbbüsü ilə onun adına bank hesabı açıldı və IV kursu bitirənə qədər hər ay hesaba 100 manat vəsait köçürüləcək. Həmçinin Zeynəbin yataqxanada qalması üçün ADU tərəfindən şərait yaradılıb və o, 4 il ərzində pulsuz yeməklə təmin olunacaq.

Paylaş: