Ca. Okt 24th, 2019

Ən təhlükəli qan qrupu açıqlandı

Harvard Universitetinin alimləri mənfi rezuslu IV qan qrupunun (AB (IV) Rh-) ən təhlükəli qan qrupu olduğunu açıqlayıblar.

Turkustan.info-nun məlumatına görə, ekspertlər sübut edib ki, qan qrupu həqiqətən də insan sağlamlığına təsir göstərir. AB (IV) Rh- qan qruplu insanlar isə digərlərinə nisbətən daha çox onoloji xəstəliklərdən əziyyət çəkir.

Dünya əhalisinin 8 %-i bu qan qrupuna aiddir. Onlar nadir hallarda övlad sahibi olur. Doğulan uşaqlar isə eynicinsli olur.

Bundan əlavə, Vermont Universitetinin alimləri müəyyən edib ki, bu qan qrupuna aid insanlarda yaddaş və zəka problemləri tez-tez rast gəlinir. Onlar zəif immun sisteminə malik olduğundan bütün xəstəlikləri özlərinə çəkirlər.     /Qafqazinfo/

Paylaş: