C. Sen 20th, 2019

“Ad günümdə aldığım ən gözəl hədiyyə…” – Mehriban Əliyeva təşəkkür etdi

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva doğum gününü təbrik edənlərə təşəkkür çatdırıb.

Təşəkkürdə deyilir:

Əziz dostlar!

Ad günüm münasibətilə təbriklərə, ürəkdən gələn xoş arzulara görə hər birinizə təşəkkür edirəm.

Ad günümdə aldığım ən gözəl hədiyyə sizin dəstəyiniz, etimadınız və sevginizdir. Buna görə sizlərə dərin minnətdarlığımı bildirirəm. Hamınıza xeyirxahlıq, xoşbəxtlik, əmin-amanlıq və tərəqqi arzulayıram.

Səmimiyyətlə,

sizin Mehriban Əliyeva

Paylaş: