C. Noy 22nd, 2019

Qlobal istiləşmənin İslamın VACİB ƏMƏLLƏRİNDƏN birini təhlükədə qoyduğu bilindi…

Böyük Britaniyanın bir müsəlman xeyriyyə təşkilatı(“Islamic Relief UK”) qlobal istiləşmənin İslamın 5 vacib sütunundan birinə birbaşa təhlükə yaratması barədə xəbərdarlıq edib.
“The Ecologist” nəşrinin  yaydığı məlumata görə, təşkilat rəhbərliyi ekoloji araşdırmalara əsaslanaraq müsəlmanları bu  təhlükəyə qarşı mübarizəyə başlamağa və dünyada parnik qazlarının azaldılmasına nail olmağa çağırıb.
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları qlobal istiləşmənin 30 ildən sonra yay aylarında Həcc ziyarətini qeyri-mümkün və ya ölümcül dərəcədə təhlükəli həddə gətirəcəyini təsbit ediblər. Məsələn, bu il 23 avqustda Məkkədə havanın temperaturu 40 dərəcə olub. Şimal ölkələrindən gələn zəvvarlar üçün bu temperatur onsuz da yüksəkdir. Ancaq 2047-2052 və 2079-2086-cı illərdə – Həcc ziyarəti  yenidən yay aylarına düşəndə termometr sütunu  daha yüksək həddə qalxa  bilər və o zaman zəvvarların əksəriyyəti fiziki olaraq Məkkədə qala  və qızmar günəş altında  saatlarla uzanan ayinləri icra edə bilməzlər.
“İndi tədbir görməsək, insanlar yalnız artan təbii fəlakətlərdən əziyyət çəkməyəcək, eyni zamanda bu gün dünyaya gələn övladlarımız Həcc ziyarətini müqəddəs vəzifələrini yerinə yetirə bilməyəcəklər”- deyə “Islamic Relief UK” təşkilatının rəhbəri Tufayl Hüseyn bəyan edib. (moderator.az)

Paylaş: