31 Oktyabr 2020 16:54

Almaniyada azərbaycanlı miqrantların QİYAMI – “Özümü heyvan kimi hiss edirdim…”

Bavariyanın Ayxştett şəhərində deportasiya olunmaq üçün saxlanıldıqları təcridxanada qiyam törətməkdə təqsrləndirilən azərbaycanlı və tacik miqrantların cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu barədə alman mətbuatı məlumat yayıb.

Məlumata görə, ötən il dekabrın 25-də təcridxanaya xüsusi təyinatlılar və yanğınsöndürənlər çağırılıb. Azərbaycanlı miqrant döşəkləri yandırıb, stulun ayağıyla videokameranı sındırıb. Yaranmış vəziyyətdən istifadə edənlər hasarı aşaraq qaçmağa cəhd göstəriblər.

Xüsusi təyinatlılar təcridxanaya gələrək vəziyyəti nizama salıblar. Hadisəni törətməkdə təqsirləndirilən 24 yaşlı azərbaycanlı və 35 yaşlı tacik həbs olunublar. Yanğın nəticəsində zərərçəkənlərdən ikisi xəstəxanaya yerləşdirilib.

Avqustun 23-də qiyamın təşkilində ittiham edilən hər iki şəxs hakim önünə çıxarılıb.

“Mən bu barədə dustaq yoldaşlarıma danışmışam, amma heç kimi qiyama təhrik etməmişəm. Bu həbsxanada mənə çox pis idi. Artıq altı həftə idi ki, buradaydım. Vəkillə təmin edilmirdim, həkim çağırmırdılar. Özümü qəfəsə salınmış heyvan kimi hiss edirdim”,- azərbaycanlı miqrant deyib.

Alman nəşrinin yazdığına görə, azərbaycanlı gənc hər şeyi etiraf etsə də, tacik ittihamlarla razılaşmayıb. O, məhkəmədə dustaq yoldaşının niyyətindən xəbərdar olduğunu təsdiq etsə də, qaçmaq fikri olmadığını deyib.

Təqsirləndirilənlərin hər ikisi tez bir zamanda Almaniyanı tərk etmək istədiklərini söyləyiblər. (virtualaz.org)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri