Ç. Noy 20th, 2019

Həkimlər ŞOKDA – Ölən qadın uşaq dünyaya gətirdi

Çexiyanın Brno şəhərində qəribə hadisə yaşanıb.

Turkustan.info RİA-ya istinadən xəbər verir ki, beyin ölümü keçirən hamilə qadın uşaq dünyaya gətirib.

Həkim Pavel Jaranın sözlərinə görə, gənc qadın hamiləliyinin 16-cı həftəsində beyin ölümü keçirib. Xəstəxanada aparatların köməyi ilə qadının bətnindəki körpə böyüdülüb. Hamiləliyin 24-cü həftəsində qeysəriyyə əməliyyatı ilə uşaq doğulub.

Çəkisinin 2.1 kiloqram olduğu deyilən körpə hazırda həkim nəzarətindədir. Uşağı dünyaya gətirən ana doğuşdan sonra vəfat edib.  /Redaktor.az/

Paylaş: