22 Oktyabr 2020 16:52

Qonşuda qiymət artımı: “Azərbaycanda benzin bahalaşmayacaq” – Ekspert

Bu gündən etibarən Türkiyədə benzin, dizel yanacağı və LPG (mayeləşdirilmiş neft qazı) bahalaşacaq. 

Bildirək ki, benzinin qiyməti 16, dizel yanacağının qiyməti 11, LPG-nin qiyməti isə 5 kuruş artacaq.

Maraqlıdır, görəsən Türkiyə və Gürcüstanda yanacağın bahalaşması Azərbaycanda benzin qıtlığı yarada bilərmi? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Razi Abbasbəyli ilk növbədə Türkiyə və Gürcüstanın benzin bazarında rəqabətin olduğunu və bunun qiymətlərin dəyişməsinə təsir göstərdiyini bildirib:

“Həm Gürcüstanın, həm də Türkiyənin daxili bazarında pərakəndə benzin və digər yanacaq növlərinin mühüm rəqabət şəraitində təşkil olunub. Hər iki ölkədə həm yerli, həm də xarici yanacaq satışı ilə məşğul olan şirkətlər var. Bu şirkətlər arasında rəqabət mövcuddur. Bu rəqabət də zaman-zaman bazarın tələblərinə uyğun olaraq qiymətlərin artmasına və yaxud da azalmasına gətirib çıxarır. Yəni bu ölkələrin daxili iqtisadi vəziyyətindən asılı olaraq qiymətlər dəyişir. Həm Türkiyə, həm də Gürcüstandan Azərbaycandan başqa bir çox ölkələr benzin idxal edir. Müxtəlif ölkələrin yaratdığı rəqabət mühiti isə bazardakı tələb və təklifin balanslaşdırılmasına gətirib çıxarır. Məsələn, bu yaxınlarda mən Türkiyə və Gürcüstanda səfərdə olarkən bir şeyi müşahidə elədim ki, ölkənin ucqar regionlarındakı benzin qiymətləri ilə əhalinin daha sıx olduğu şəhərlərdəki benzin satış məntəqələrindəki qiymətlər arasında 0,2-0,5 arası fərq var. Ucqar regionlarda benzin daha ucuz, iri şəhərlərdə isə nisbətən baha idi”. 

Ekspert Azərbaycanda bazarda rəqabət olmadığına və xaricdən 92 markalı benzin idxal edilmədiyinə görə bezində nə qıtlıq, nə də qiymət dəyişməsinin gözlənilmədiyini diqqətə çatdırıb:

“Azərbaycanda isə ölkənin hər yerində standart qiymət var və bazarda rəqabət mövcud deyil. Bazarda rəqabət olmadığına görə də tələb və təklif inzibati qaydada tənzimlənir. Gürcüstan və Türkiyədə baş verənlər azad bazar rəqabətinin nəticəsidir, Azərbaycanda isə bu mövcud deyil. Bütün bu baş verənlər Azərbaycan üçün hər hansı müsbət və ya mənfi təsir yaratmır. Rəqabət olmadığına, Azərbaycan xaricdən xüsusilə də kütləvi satılan 92 markalı benzin idxal etmədiyinə görə bizdə benzin qıtlığı və qiymətində dəyişmə halı gözlənilmir. Artıq “Premium” markalı idxal olunan benzinin qiyməti 1,50 qəpik müəyyən olunub və kifayət qədər bahadır. İdxal olunan benzinin istehlakçıları xeyli azalıb. Bu istehlakçıların da alıcılıq qabiliyyəti yüksəkdir və alıcılıq qabiliyyətləri yüksək olduğuna görə də onların tələbi ilə bazardakı təklif üst-üstə düşür. Lakin 92 markalı benzin Azərbaycanda istehsal edildiyinə görə bu benzini bazardakı qiyməti də inzibati qaydada müəyyənləşir”. 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri