Ca. Fev 27th, 2020

Benzinə tətbiq olunan gömrük rüsumu niyə ləğv olundu? – QİYMƏT ARTIMI İSTİSNA OLUNMUR…

“Hökümətin bu qərarı qiymətlərin bahalaşmaması üçündür”.

Turkustan.info bildirir ki, iqtisadçı Pərviz Heydərov Aİ-92 və Aİ-95 markalı benzinlərin ölkəyə idxalına tədbiq olunan müvafiq gömrük rüsumlarının sentyabrın 1-dən etibarən, 90 gün müddətinə ləğv olunması ilə bağlı hökumətin qərarına münasibət bildirib.

İqtisadçı hesab edir ki, bu qərar adları çəkilən yanacaq növlərinin pərakəndə satış dəyərini sabit saxlamaq məqsədi daşıyır:

“Belə ki, Aİ-95 markalı benzin ümumiyyətlə, kənardan gətirilirdi, yəni daxildə istehsal olunmur. Aİ-92-ə gəldikdə isə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmirdə, başqa sözlə desəm, modernləşdirilmədə olduğundan həm faktiki istehsal dayanıb, həm də mövcud ehtiyatlar azalır. Yəni, Aİ-92 üzrə də idxalsız keçinmək mümkün deyil. Bu, getdikcə dayanıqlı hal alır”.

İqtisadçı vurğulayıb ki, bütün bunların fonunda ölkədə Aİ-92 və Aİ-95 markalı benzinlərə təbii olaraq tələb artmaqdadır:

“Çünki həm ölkəyə avtomobil idxalı genişlənir, həm də ümumiyyətlə, əhalinin gəlirləri yüksəldikcə nəqliyyat vasitələrindən istifadə artır. Yəni bu, elə bir tendensiyadır ki, əslində həmişə yüksələn dinamika üzrə inkişaf edir və etməlidir. Başqa sözlə, yanacağa tələbat iqtisadi artım olan bir ölkədə qarşısıalınmaz prosesdir”.

P. Heydərov sözügedən sahədə perespektivdə Azərbaycanı nələrin gözlədiyinə də aydınlıq gətirib:

“Əvvəla, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tam gücü ilə işə düşsə belə, hər iki markada benzin həm də kənardan idxal olunacaq. Bunu, yuxarıda qeyd etdiklərimə əsasən bazar diqtə edir. İkincisi, bu sahədə qiymətləri gömrük rüsumlarını və yaxud aksiz vergi dərəcəsini minimuma endirməklə uzunmüddət sabit saxlamaq mümkün deyil. Belə ki, qiymətlərin nə vaxtsa bahalaşacağı qaçılmazdır. Üçüncüsü isə, hökumətin bu sahədə ümumiyyətlə, qiymətləri idarəetmə və ya ona təsir etmə, tənzimləmə mexanizmi dəyişdirilsə yaxşıdır. Belə ki, idxal qaydalarını aşağı və yuxarı doğru “oynatmaqla” sözügedən sahədə bazarı keyfiyyətli şəkildə nəzarətdə saxlamaq bu gün üçün olmasa da, sabahkı gündə effektsiz xarakter daşıdığını göstərə bilər. Buna əyani misal və yaxud sübut ondan ibarətdir ki, Aİ-95 markalı benzinin qiyməti artıq, xeyli müddətdir ki, sərbəst bazar qanunları ilə tənzimlənsə də, sual olunur ki, bəs, nədən onun qiyməti bu günədək bir dəfə də olsun ucuzlaşmadı?! Yəni, belə bir hala rast gəlinməyib, Aİ-95 mərhələlərlə bahalaşaraq bu gün 1,50 azn qiymətə satılır. Demək, yenə də bahalaşmağa meyillidir ki, həm də Aİ-95 üzrə idxal gömrük rüsumu 90 günlük müddətinə aradan götürülür. Yəni baş verəcəklər kifayət qədər aydındır”.  /Redaktor.az/

Paylaş:

mersin escort bayan mersin escort