20 Oktyabr 2020 07:50

Köçkünlər tələbə yataqxanalarını nə vaxt boşaldacaqlar? – Komitədən AÇIQLAMA

Bakıdakı bəzi universitet yataqxanalarında məcburi köçkünlərin məskunlaşması həmin ali məktəblərin tələbələrinə əlavə problemlər yaradır. Tələbələr məcburən kirayə ev axtarışına çıxmalı olurlar. Bu isə maddi durumu yaxşı olmayan tələbəni çətinlik qarşısında qoyur.

Bəs tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin həmin binalardan çıxarılması nə vaxt başa çatdırılacaq?.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məcburi köçkünlərin dövlət yaşayış fonduna məxsus yeni yaşayış sahələrinə köçürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların  və məcburi   köçkünlərin  yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir”.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral  tarixli 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq, Bakı Dövlət Universitetinin yataqxanalarındakı köçkünlərin çıxarılması tam başa çatıb.

“Digər universitetlərin yataqxanalarında müvəqqəti məskunlaşmış köçkün ailələrinin köçürülməsi Dövlət Proqramında nəzərdə tutulub. Bu proses mərhələli şəkildə həyata keçirilir”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri