Ça. Sen 17th, 2019

Ərdoğan onun tabutunu çiyinlərində daşıdı – VİDEO

Ötən gün 81 yaşında vəfat edən türkiyəli məşhur jurnalist, yazıçı Şule Yüksəl dəfn olunub.

TRT-nin xəbərinə görə, dəfn mərasimində prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı onun tabutunu çiyinlərində daşıyıb. Mərhum yazıçının həyat yoluna nəzər salan prezident, onun əsərlərini yüksək qiymətləndirib.

Ərdoğan Şulenin adına kitabxana və muzey açılacağını bildirib. (redaktor.az)

Paylaş: