25 Oktyabr 2020 15:25

Azərbaycanda müsəlmanlardan sonra gələn qeyri-din mənsubları: Xristian, yəhudi, bəhai, krişna…

Azərbaycan Respublikası dünyəvi dövlətdir. Yəni ölkəmizdə din dövlətdən ayrıdır. Lakin məlumdur ki, Azərbaycan müsəlman ölkəsidir və burada İslam dininə sitayiş edənlər daha çoxdur.  
Bəs ümumi dini statistikada vəziyyət necədir? Azərbaycanda nə qədər müsəlman, xristian, yəhudi və digər din mənsubları yaşayır?

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan qanunvericiliyinə görə, vətəndaşların hansı dinə mənsub olmasının onların məlumat xarakterli sənədlərdə (anket və sorğularda) göstərmələri zəruri deyil.

“Belə ki, Azərbaycan Konstitusiyasının 71-ci maddəsinə əsasən, “Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz”. Həmçinin “Dini etiqad azadlığı haqqında” Qanunun 1-ci maddəsində göstərilib ki, “Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), … məcbur edilə bilməz”. Buna əsasən də anketlər, sorğular və başqa vasitələrlə vətəndaşın dini baxış və əqidəsini müəyyən etmək yalnız könüllülük əsasında mümkündür və bu sahədə icbari addım atılması qanunla zidd hərəkət hesab edilir. Azərbaycan Respublikasında tolerant və multikultural mühit mövcuddur və dövlət bu mühitin qorunub saxlanması üçün zəruri olan addımları atmaqdadır”.

Mətbuat xidmətindən bildirilib ki, bununla birlikdə ölkəmizdə mövcud olan dinlərin mənsublarının sayını müəyyən edən müxtəlif məlumatlar açıq resurslarda mövcuddur.

“Bunun üçün hər bir bölgənin tarixini və müasir vəziyyətini bilmək kifayət edir. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası əhalisinin təxminən 96%-i müsəlmandır, qalanı isə xristian, yəhudi, az sayda bəhai və krişna dininin mənsublarından ibarətdir”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri