Ça. Sen 17th, 2019

Donetsk və Luqanskda sorğu – əhali Ukraynanı, yoxsa Rusiyanı seçir?

Donetsk və Luqansk əyalətlərinin sakinlərinin əksəriyyəti qondarma “DNR” və “LNR” ərazilərini Ukraynanın bir hissəsi hesab edirlər.

Bu, Berlindəki Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin (ZoiS) sifarişi ilə keçirilmiş sorğunun nəticəsində məlum olub. Sorğu 2019-cu ilin fevral və mart aylarında keçirilib. Əyalətlərin separatçıların nəzarətində olan hissəsindəki adamlarla telefon vasitəsilə, digərləri ilə birbaşa əlaqə saxlanılıb. Sorğuda cəmi 1200 nəfər iştirak edib.

ZoiS-un məlumatına görə, qondarma respublikaların ərazisində yaşayanların 54%-i bu əraziləri Ukraynanın tərkib hissəsi hesab edirlər, onların 1/3-i xüsusi muxtar statusla Ukraynanın tərkibində olmaq, 23%-i isə heç bir xüsusi status olmadan Donetsk və Luqansk vilayətlərinin tərkib hissəsi olmaq istəyirlər. Lakin qondarma respublikaların Rusiyaya birləşdirilməsini istəyənlərin də sayında artım var. Belə ki, 2016-cı ildə onlar 11% təşkil edirdilərsə, bu dəfə 18,5% olublar.

Paylaş: