Be. Dek 9th, 2019

“Putin də estetik əməliyyat etdirib” — Nadir Qafarzadədən QALMAQALLI AÇIQLAMALAR

Tanınmış müğənni Nadir Qafarzadə bir neçə gün öncə verdiyi “Pis qadının başı kəsilməlidir” açıqlamasından sonra onu botoks elətdirdiyinə görə qınayan aktyor Kamran Ağabalayevi sərt tənqid edib.

 Qafarzadə “ölkə.az”-ın əməkdaşı ilə söhbətində bildirib ki, aktyorun belə yanaşması yanlışdır:

“Mən heç bu xəbərə qədər həmin aktyoru tanımırdım. Mənim sən Kamran boyda iki oğlum var. Artistəm, səhnə adamıyam və səhnədə yaraşıqlı görünmək üçün botoks elətdirə bilərəm. Lazım olsa, bundan sonra da elətdirəcəyəm. Sən də kamera qarşısına keçəndə qrim edirsən, o boyda böyük aktyorlarımız qadın paltarı geyinib səhnəyə çıxıblar. Biz artistik, işimiz budur”. 

Nadir Qafarzadə estetik əməliyyat keçirən məşhur siyasətçilər barədə isə bunları deyib:

“Bu gün dünyaya meydan oxuyan Putin də estetik əməliyyat etdirib. Saç, qaş, kiprik əkdirən məşhur sənətçilər, siyasətçilər var. Təkcə Nadir edirmi? Artistin bu cür danışması düzgün deyil. Kamranı tanımıram və obrazlarını görməmişəm. Bu gün bəyənmədiklər Fərdanı, Elməddini bütün Azərbaycan, Türkiyə tanıyır. Sən də ortaya bir iş qoy, Nadir qədər tanın, sonra danış. O, mənim kişiliyimə dil uzadır, amma mən kimisə təhqir etmək istəmirəm.  Özüm boyda, savadlı, əxlaqlı iki oğlum var. Bu qədər çirkabın içərisində iki övlad, iki əsl vətəndaş böyütmək əsl kişilikdir. Kişilik pula görə erməniylə bir filmə çəkilmək deyil. Tüpürüm o pula… Ona görə də heç kim başından  böyük qələt etməsin. Mən bir nəsil saxlayıram, kimlərə nə cür kömək etdiyimi Allah bilir. Bir neçə gün öncə də Füzulidəydim, məcburi köçkünlərlə görüşdüm…”.

Qeyd edək ki, Kamran Ağabalayev Nadir Qafarzadənin məlum açıqlamsından sonra sənətçinin botoksuna “ilişmişdi.
Xatırladaq ki, K.Ağabalayev Rusiyada 12 bölümlü “Russkiy rab” (“Rus qul”) adlı teleserialda baş rollardan biri olan Bəyazit Ağa obrazını canlandırır. Yelena Deniseviçin prodüserliyi çəkilən filmdə erməni aktyorlar Samvel Tagevosyan, Diana Manukyan də rol alıb.

Paylaş: