Be. Sen 16th, 2019

Camal Qaşıqçının qatili sianid turşusu ilə öldürüldü – İDDİA

Camal Qaşıqçı cinayətinin planlayıcısı olaraq bilinən Suud Əl Kahtaninin zəhərlənərək öldürüldüyü iddia edilir.
Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, Səuddiyyə Ərəbistanın öldürülmə hökmü verdiyi fələstinli insan haqları aktivisiti İyad Əl Bağdadi, Kahtarinin 6 gün əvvəl öldürüldüyünü iddia edib. Özünün də təhlükə altında olduğunu deyən Bağdadi belə deyib: “Neçə gündür Kahtanidən xəbər yoxdur, bəzi qaynaqlar onun sianid turşusu ilə zəhərlənərək öldürüldüyünü deyib”.
Qaşıqçı cinayətinin kilid ismi olan Kahtaninin öldürülmə əmrinin vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən verildiyini deyib.
Qeyd edək ki, sianid turşusu olduqca zəhərli maddədir. Qəbul edilən bir nəfəs və ya zədələnmiş dəriyə düşən az miqdar belə ölümlə nəticələnir.  /Yeniavaz.com/

Paylaş: