Be. Noy 18th, 2019

Daşkəsənin icra başçısı: Şeyx yaxın qohumumdur, bir yerdə Həccə getmişik – VİDEO

Bu günlərdə Daşkəsən Rayonunda Dini Komitə ilə Daşkəsən RİH-in birgə keçirdiyi müşavirədə rayon icra başçısı Əhəd Abıyev maraqlı açıqlama verib.
Turkustan.info
 musavat.com-a istinadla xəbər veriri ki, Ə.Abıyev çıxışı zamanı Şeyxülislam Allahşükür Paşazadə ilə yaxın qohumolduğunu deyib: “Onunla mənim atam dayıoğlu-bibioğludurlar. Yaxın qohumuq. Allahşükür Paşazadənin özü ilə birgə, bir təyyarədə Həccə getmişəm. Bir yerdə Həcc və Kərbəla ziyarətlərində olmuşuq”.
O bu ziyarətlər zamanı A. Paşazadənin ən böyük arzusunu öz dilindən eşitdiyini deyib: “Şeyx həzrətləri inanın, çox yüksək səviyyədə insanpərvər şəxsdir. Onun yeganə istək və arzularından biri də işğal altında olan torpaqlarımızın qayıtmasıdır”.
Əhəd Abıyevin çıxışının həmin hissəsini təqdim edirik:

Paylaş: