C. Noy 15th, 2019

Gecə verilən qərar: Deputatlar toxunulmazlıq hüququndan məhrum edildi

Yeni çağırış Ali Radanın ilk iclası 16 saat davam edib. 

Turkustan.info yerli mətbuata istinadən bildirir ki, deputatlar hökumət üzvlərini təsdiqləyib, parlament üzvlərinin toxunulmazlıq hüququnun ləğvi barədə qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

İclas gecə saatlarında başa çatıb. Belə ki, gecə 03.45-də iclas Avropa Həmrəyliyi Pariyasının üzvlərinin iştirakı olmadan başa çatıb. Onlar etiraz əlaməti olaraq iclasın bitməsinə dəqiqələr qalmış zalı tərk ediblər. Poroşenkonun tərəfdarları reqlamentin pozulmasına etiraz edib.

Bu, ilk iclasın ən həssas anlarından biri olub. Millət vəkilləri elə ilk iclasda özlərinin toxunulmazlıq hüququndan məhrum ediblər. Bununla bağlı Konstitusiya düzəlişləri birinci oxunuşda qəbul olunub. Diskussiya uzun sürüb, hətta prezidentin də əsəbləri dözməyib və müdaxilə edib: “Dedim də, siz niyə bağırırsız?”

Parlamentin qərarı ilə 35 yaşlı Aleksey Qonçaruk baş nazir təyin olunub. Baxmayaraq ki, o, bu ilin aprelində Poroşenkonu dəstəklədiyini açıq şəkildə bəyan etmişdi.  Ali Rada köhnə kabinetdən ancaq 2 nəfəri yeni kabinetə daxil edib- maliyyə naziri Oksana Makarova və daxili işlər naziri Arsen Avakov. Baxmayaraq ki, Ukrayna millətçiləri uzun zamandır erməni nazirin istefasını tələb edir, o, hələ də öz postunu qoruyub saxlayır.   /Cebhe.info/

Paylaş: