C. Noy 15th, 2019

Rusiya 5 adanı özünün torpağı elan etdi – XƏRİTƏ DƏYİŞDİ

Rusiya donanması 3 il əvvəl Hərbi Dəniz Akademiyasının tələbəsi Marina Miqunovanın peyk fotoları sayəsində şimal qütbündə kəşf etdiyi 5 kiçik adanı araşdırıb.

Bu adaların ən böyüyü futbol meydançasının səkkizdə biri qədərdir.

Məlumata görə, adalar buzların əriməsi nəticəsi olaraq ortaya çıxıb. Rusiya artıq rəsmi olaraq bu adaları özünün xəritəsinə daxil edib.

Əlavə edək ki, bu kiçik adaları kəşf edən Marina Miqunova hazırda Rusiya Şimal Donanmasında okeanoqrafiya mühəndisi olaraq çalışır. O, avqustun 27-də donanma qrupu ilə kəşf etdiyi adalara gedib.

Rusiya rəsmiləri Novaya Zemliya ilə Franz Josef Land arasındakı ərazilərdə 2015-2018-ci illər ərzində 30 ada tapıldığını bildirir. (teleqraf.com)

Paylaş: