Be. Noy 18th, 2019

Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək

Oktyabr ayında Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək. Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən bildirilib ki, forumda iştirakla bağlı artıq qeydiyyat başlayıb.

Oktyabrın 12-də, Moskva şəhərindəki, “Prezident Otel” də keçiriləcək “Azərbaycan diasporu qloballaşan dünyada: mövcud vəziyyət və inkişafın perspektivləri” adlı forumda “Azərbaycan diasporu: müasir çağırışlar və sistemli fəaliyyətin təşkili”, “Rusiyadakı Azərbaycan diasporu və Rusiya – Azərbaycan əlaqələri”, “Azərbaycan diasporu dövlətlərarası münasibətlərdə amil kimi”, “Azərbaycan diasporunun Azərbaycan dövlətilə əməkdaşlığı”. “Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə ekspert rəyi”, “KİV in və sosial medianın azərbaycan diasporunun müasir əlaqə mühitindəki rolu”, “Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan diasporunun diqqət mərkəzində”, eləcə də “Lobbizm və diaspora”, RAİ nin 2020 ci il üçün iş planı kimi məsələlər müzakirə ediləcək.

Forumun əsas məqsədi ümummilli birliyi qorumaq və dəstəkləmək naminə əsas dəyərlər ətrafında Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının səylərini birləşdirmək və Rusiyadakı Azərbaycan diasporunun inkişaf strategiyasının hazırlanmasında vətəndaş cəmiyyəti instiutlarının iştirakını təmin etməkdir.

Qeyd edilib ki, forumda Rusiyanın və Azərbaycanın dövlət rəsmiləri, MDB, Avropa və Yaxın Şərq ölkələrinin elm və yaradıcı adamları, Rusiyadakı daspor təşkilatlarının rəhbər üzvlərinin iştirakı gözlənilir.

Forum bitdikdən sonra Prezident otelin kinokonsert zalında Azərbaycanın müstəqillik gününün 28-ci ildönümünə həsr edilmiş konsert təşkil ediləcək.

Qeyd edək ki, tədbirin təşkilatçıları Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondudur.

 

Paylaş: