Ç. Noy 20th, 2019

Türkiyə bu gün ZƏFƏR BAYRAMINI qeyd edir

Bu gün qardaş Türkiyə Cümhuriyyətində Zəfər Bayramı qeyd olunur.

Turkustan.info-nun məlumatına görə,Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-ölkəni  yadelli işğalçılardan azad edilb və bu qələbə, tarixə Zəfər Bayramı kimi daxil olub.

Bu böyük tarixi zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsini ortaya qoyub.

30 avqust 1922-ci ildə Türkiyə Atatürkün başçılığı ilə Türkün böyüklüyünü, xarakterini nümayiş etdirib.

Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ilin may ayında elan olunub.

Türkiyənin Azərbaycandakı səfirliyində builki Zəfər bayramı ilə əlaqədar mərasim düzənlənib.  /Modern.az/

Paylaş: