Ç. Noy 13th, 2019

AMAL Akademiyası Yay Məktəbinin iştirakçıları Şəki Toxum Emalı Zavoduna səfər ediblər

AMAL Akademiyası Yay Məktəbinin iştirakçıları Kənd Təsətrrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun Şəki rayonunda yerləşən Toxum Emalı Zavoduna səfər ediblər.

Nazirlikdən verilən məlumata görə, səfər zamanı gənclər dənli və paxlalı bitkilərin toxumlarının təmizlənməsi, çeşidlənməsi, dərmanlanması və qablaşdırılması prosesi ilə tanış olublar.

Dövlət Toxum Fondunun sədr müavini Elton Əbdürəhmanov iştirakçılara Toxum Emalı Zavodunun iş mexanizmi haqqında ətraflı məlumat verib və gənclərə ehtiyat taxılın saxlanılması üçün müəssisədə mövcud olan 500 və 1000 tonluq taxıl silolarını nümayiş etdirib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Aqrar Kredit və İnkişaf Agentliyinin icra etdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində 25 avqustdan etibarən Oğuz şəhərində AMAL Akademiyası Yay Məktəbi fəaliyyətə başlayıb. AMAL Akademiyası Yay Məktəbi sentyabrın 1-dək davam edəcək.

Paylaş: